Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə şikayət məktubu yazıb. Axar.az Unian-a istinadən xəbər verir ki, prezident məktubunda region üçün əhəmiyyətli layihələrin federal hökumət tərəfindən dəstəklənmədiyindən gileylənib.
Bundan başqa, Kadırov Putindən Qroznı hava limanının bərpasının ikinci mərhələsi ilə maraqlanmasını istəyir.
Qeyd edək ki, hələ 2014-ci ilin əvvəllərində dövlət büdcəsindən Çeçenistana vəsait ayrılması üçün İqtisadiyyat və Nəqliyyat nazirliklərinə əsaslandırma təqdim edilib. Amma qərar hələ qəbul olunmayıb.



