ABŞ İŞİD-lə danışıqlara başladı – Tam məxfi

ABŞ İŞİD-lə danışıqlara başladı – Tam məxfi backend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 7 nümayəndəsi İŞİD-in iki nömrəli lideri, BƏƏS-in (Ərəb Sosialist Dirçəlişi Partiyası) keçmiş üzvü Əbu Əhməd Əlvani ilə görüşüb. Axar.az xəbər verir ki, görüşün əvvəlcə Türkiyəyə yaxın bir tayfanın vasitəçiliyi ilə baş tutması planlaşdırılıb. Lakin xəbərin yayılmaması üçün bu plan ləğv edilib.


Türkiyə mətbuatında yayılan məlumatlara görə, İŞİD ilə ABŞ arasında ilk görüş noyabrın 7-də, ikinci görüş isə bu ilin fevralında baş tutub.

Gizli keçirilən danışıqlar Kərkük yaxınlığında Şammar və Cuburi tayfalarının vasitəçiliyi ilə keçirilib. İddialara görə, ABŞ İŞİD liderinə və BƏƏS üzvlərinə əməkdaşlıq təklif edib. Bu yolla Vaşinqton Səddam ordusunun bel sütununu təşkil edən adların meydana gətirdiyi Muslavi və Nəqşibənd ordusunu yanına çəkmək istəyib.

İlk görüşdən sonra ABŞ Kərkük yaxınlığında üç əməliyyat keçirib. Qaynaqlar İŞİD ilə keçirilən iki görüş müddətində təşkilat lideri Əbubəkir Bağdadinin həyatına 3 dəfə sui-qəsd olunduğunu və ikisində ağır yaralandığını bildirir.

ABŞ ilə danışıqlar zamanı sui-qəsdin Bağdadinin yaxın adamları tərəfindən reallaşması müəyyən suallar yaradır. Bəzi Yaxın Şərq mütəxəssisləri sui-qəsdin BƏƏS-çilər tərəfindən hazırlandığını, bu yolla təşkilata nəzarəti tam ələ keçirmək istədiklərini irəli sürür.

Qeyd edək ki, ABŞ Üsamə bin Laden əməliyyatına başlamazdan əvvəl dəfələrlə Əfqanıstan və Pakistan sərhəd xəttində əməliyyatlar təşkil etmişdi. İraq mütəxəssisləri bu əməliyyatdan fərqli olaraq ABŞ-ın Əl-Qaidəni bitirmək üçün əməliyyatlar təşkil etdiyini, ancaq bu dəfə taktikanın fərqli olduğunu iddia edir. Mütəxəssislər ABŞ-ın BƏƏS-çilərlə İŞİD-çiləri bir-birindən ayırıb birincilərin hakimiyyətə gətirilməsinə çalışdığı qənaətindədir.