İordaniya kralı II Abdullah Yerusəlimdə İsanın Dirilməsi Məbədində tabutun bərpasına şəxsi vəsaitindən ianə edib.
İordaniya kralı II Abdullah Yerusəlimdə İsanın Dirilməsi Məbədində tabutun bərpasına şəxsi vəsaitindən ianə edib.Kral Yerusəlim və bütün Fələstin patriarxı III Feofilə məktub göndərib. O, məktubda bildirib ki, şəxsi fondundan İsa peyğəmbərin dəfn edildiyi məqbərədə Kuvukliyanın bərpasına öz şəxsi fondundan vəsait ayırmaq niyyətindədir.
Yerusəlim patriarxı III Feofil kralın bu hərəkətini yüksək qiymətləndirib və qeyd edib ki, “monarx islam və xristian müqəddəs yerlərinin etibarlı qoruyucusu olaraq qalır”. Onun sözlərinə görə, İordaniya kralı II Abdullah iki dinin – islam və xristian dinləri tərəfdarlarının dinc yanaşı yaşamasının əsaslarının möhkəmlənməsinə sözdə deyil, işdə böyük töhfə verir. III Feofil deyib: “Yerusəlimdə və işğal edilmiş ərazilərdə islam və xristian müqəddəs yerlərinin qorunmasında və müdafiə olunmasında Haşimilər sülaləsi uzun illər ərzində xüsusi rol oynayır. Sizin himayədarlığınız İsraildə və bütün Şərq ölkələrində xristianların dəstəklənməsinin güclü mənbəyidir”. Patriarx vurğulayıb ki, İordaniya İsrail xristianlarının müdafiəsində mühüm rol oynayır. İordaniya öz nümunəsində göstərir ki, müsəlmanlar və xristianlar sülh və harmoniya şəraitində yaşaya bilirlər. Bu, indi – konfessiyalararası münaqişələrin bütöv dövlətləri məhv etdiyi dövrdə xüsusilə qiymətlidir”.



