Kəşfiyyatçı polkovnik Cənubi Koreyaya qaçdı

Kəşfiyyatçı polkovnik Cənubi Koreyaya qaçdı backend

Şimali Koreyanın yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Renxap” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Qaçan kəşfiyyatçı polkovnik rütbəli zabitdir. Həmin şəxs Şimali Koreya hərbi kəşfiyyatında Cənubi Koreyaya qarşı yaradılmış xüsusi şöbədə çalışıb.


Qeyd edək ki, bu ilin əvvəlindən etibarən 29 min insan gizli yollarla Şimali Koreyadan Cənubi Koreyaya keçib.