İŞİD İran ərazisinə girməyə cəhd göstərib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Quru Qoşunlarının komandanı Əmir Əhməd Rza Purdastan söyləyib. Onun sözlərinə görə, İŞİD-in iki kamikadzesi fevral-mart aylarında İrana girsə də, sonradan məhv edilib.
Qeyd edək ki, İŞİD İranı özünün ən böyük düşmənlərindən biri hesab edir. Buna səbəb Tehranın Əsəd rejimini müdafiə etməsidir.



