“Tərəfləri atəşkəsə riayət etməyə çağırırıq“ - Lavrov

“Tərəfləri atəşkəsə riayət etməyə çağırırıq“ - Lavrov backend

Rusiya və İsveçrə xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasını müzakirə ediblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov isveçrəli həmkarı Didye Burkhalterlə keçirdiyi birgə mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, bu gün keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub: "Rusiya Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəs barədə əldə olunan razılığa riayət etməyə çağırır. Biz İsveçrə ilə bərabər olduqca sadə olmayan münaqişənin siyasi yolla həllində maraqlıyıq".