Xarici oyunçuların bölgədə böhran yaratmasına icazə verməməliyik - İran XİN

Xarici oyunçuların bölgədə böhran yaratmasına icazə verməməliyik - İran XİN backend

“Qarabağ böhranı danışıqlar yolu ilə həll olunmalıdır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. O bildirib ki, tərəflər problemi beynəlxalq hüquq və BMT mexanizmləri əsasında həll etməlidirlər: “Azərbaycan və Ermənistan icazə verməməlidir ki, xarici oyunçular bölgə üçün təhlükəli olacaq böhran yaratsınlar. Bizim düşüncəmiz budur ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır”.


Ramsər və Bakıda keçirilən üçtərəfli görüşlər haqqında danışan H. C. Ənsari qeyd edib ki, bu görüşlərdə yeni qərarlar qəbul olunub və hazırda həmin qərarların icrası istiqamətində iş gedir.