Suriyadan atılan top mərmisi Türkiyədə otelə düşdü

Suriyadan atılan top mərmisi Türkiyədə otelə düşdü backend

Suriyadan atılan top mərmisi Türkiyədə bir otelə düşüb.

Qaziler.az bildirir ki, APA-nın verdiyi məlumata görə, bu gün saat 16:40 radələrində Suriyadan atılan top mərmisinin Kilisdə bir otelin 4-cü mərtəbəsinə düşməsi nəticəsində otelin pəncərələrinin şüşələri sınıb.

Polis olayla bağlı araşdırmaya başlayıb. Top mərmisinin otelə düşməsi nəticəsində ölən və yaralanan olmayıb.