Rusiya prezidenti Valdimir Putin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edib.
Qaziler.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, V. Putin səhhətiilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. “Dedi-qodusuz darıxdırıcı olur”, - deyə o, söyləyib.
A. Atambayev isə bildirib ki, V. Putin nəinki gəzir, hətta maşın sürür.
Qeyd edək ki, V. Putin martın 5-dən bəri ictimaiyyət qarşısına çıxmırdı.