Ermənistanda hərbi maşın qəzaya uğrayıb: 1 hərbçi ölüb, 6 nəfər yaralanıb

Ermənistanda hərbi maşın qəzaya uğrayıb: 1 hərbçi ölüb, 6 nəfər yaralanıb backend

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə məxsus "Ural" markalı yük maşını Ararat rayonunda Armaş kəndi yaxınlığında qəzaya uğrayaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində bir hərbçi ölüb.

Qaziler.az-ın məlumatına görə, "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
"Yük maşınında 11 əsgər olub. Onlardan biri - Vardan Matevosyan hadisə yerindəcə ölüb. Altı hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ararat tibb mərkəzinə aparılıb", - deyə İK-nın mətbuat xidmətindən bildirilib.
Hadisəylə bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olan sürücülük qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Hadisə yerinə baxış keçirilib, olayın başvermə səbəbləri araşdırılır.