Rusiya prezidenti Vladimir Putin Şimal donanmasının döyüşə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı göstəriş verib.
Qaziler.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bu ölkənin müdafiə naziri Sergey Şayqu məlumat verib.Bundan başqa, Qərb hərbi dairəsinin və Hava –desant qoşunlarının döyüş hazırlığında da qəfildən yoxlama aparılıb.
Şayqunun sözlərinə görə tədbirlərə 38 min hərbçi, 3360 hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot cəlb edilib.