Kiyevdə Qarabağa dəstək aksiyası keçirilib - FOTO

Kiyevdə Qarabağa dəstək aksiyası keçirilib - FOTO backend

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında Qarabağa dəstək aksiyası keçirilib.

Aksiyada Ukrayna, tatar, türk və digər millətlərin gəncləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də iştirak edib. Azərbaycanlı gənclər və diaspor nümayəndələri Qarabağda təxribatçı düşmənə sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusuna həmrəylik sevgilərini "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən bölünməz", "Rədd olsun cinayətkar Ermənistan hakimiyyəti", "Vətən, biz səninləyik" şüarlarını səsləndirməklə çatdırıblar.

Ukraynanın aparıcı televiziya kanallarının və media təmsilçilərinin diqqətlə izlədiyi aksiyada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çixış edərək, ermənilərin son iki əsrdə xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətindən söz açıb. Cinayətkar Ermənistan hakimiyyətinin Qarabağda növbəti təxribat törətdiyini diqqətə çatdıran birliyin sədri işğalçı düşmən qüvvələrinə rəşadətli Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə endirildiyini bildirib. Qeyd edib ki, bu gün Ukraynada yaşayan və təhsil alan on minlərlə azərbaycanlı gənc istənilən zaman Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır. İşğalçı erməni seperatçıları Azərbaycan topaqlarını təcili tərk etməsə, səbr kasaları dolmuş dünya azərbaycanlılarının tapdağı altında qala bilərlər. Aksiyada çıxışına bu sözlərlə giriş verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev indiyədək erməni işğalçılığına göz yuman BMT və digər nüfuzlu beynəlxalq təşkilatları ciddi tənqid atəşinə tutub. Ukraynada yaşayan 500 yüz mindən çox azərbaycanlının birmənalı olaraq Prezident İlham Əliyevin atdığı hər bir addıma dəstək verdiklərini bildirib.

Böyük çoşqu ilə keçirilən aksiyada son 20 ildə Azərbaycanın inkişaf edərək bölgənin lider dövlətinə çevrilməsindən qürur duyduqlarını bildirən hüquq elmləri doktoru professor, Arif Quliyev, "İşıq" Azərbaycan Cəmiyyətinin sədri Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri sədri Anar Tahirov, gənc fəallardan Maksim Mamedov və digər şəxslər son günlər qüdrətli Azərbaycan Ordusunun mənfur erməni işğalçılarının növbəti təxribatının qarşısını alaraq düşmənə vurduğu sarsıdıcı zərbənin dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin əmrinə əsasən Ukraynada yaşayan soydaşlarımızın istənilən zaman silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirblər.

Sonra tədbirə qatılanlar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin Azərbaycan səfirliyinin qarşısında təşkil olunmuş xatirə guşəsinin önünə tər çiçəklər qoymaqla onların ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər.
Diaspora