Türkiyədəki əməliyyatlarda 171 PKK-çı zərərsizləşdirilib

Türkiyədəki əməliyyatlarda 171 PKK-çı zərərsizləşdirilib backend

Türk Silahlı Qüvvələri davam edən əməliyyatlarla bağlı açıqlama yayıb.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında yer alıb.

Məlumata görə, Mardinin Nusaybin bölgəsində martin 14-dən bəri küçəyə çıxma qadağası qoyulub. Həmin vaxtdan davam edən əməliyyatlarda 3-ü sağ olmaqla 171 PKK-çı zərərsizləşdirilib.

Xəbər verilir ki, əməliyyatlarda 32 təhlükəsizlik əməkdaşı da şəhid olub.