ABŞ-dan ŞOK ETİRAF: “Əsədlə danışmağa məcburuq“

ABŞ-dan ŞOK ETİRAF: “Əsədlə danışmağa məcburuq“ backend

ABŞ xarici işlər naziri Con Kerri Suriya prezidenti Bəşər Əsədlə danışıqlar masasına əyləşə biləcəklərini deyib. Lent.az-ın "Haberturk.com" saytına istinadən məlumatına görə, Kerri Suriyadakı döyüşləri sona çatdırmaq üçün Əsədlə əvvəl-axır müzakirə aparmaq məcburiyyətində olduqlarını etiraf edib.

Kerri deyib ki, ABŞ Əsədin islahatlar aparması üçün ona təzyiq göstərməyə davam edir: “Suriyadakı müharibənin hərbi yolla həll edilə bilməyəcəyi ilə razıyam. ABŞ bir yandan problemin Əsədlə danışılaraq diplomatik həllinə çalışır, digər tərəfdən də Suriyadakı müxalifət qüvvələri ilə də işləməyə davam edir".
Diaspora