Rusiya və Almaniyanın xarici işlər nazirləri Sergey Lavrov və Valter Ştaynmayer Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ciddi narahatçılıqlarını ifadə ediblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Onlar Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesi yoluna dönməsi mövqeyindən çıxış ediblər.