Rusiya Müdafiə Nazirliyinin Moskvanın mərkəzində yerləşən binasında yanğın baş verib.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə TASS agentliyi yerli hüquq mühafizə orqanlarına istinadla xəbər verir.Yanğının sahəsi 50 kvadratmetrdir. Binadan 5 nəfər təxliyə olunub. Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının səbəblərini araşdırırlar. Hadisə yerində bir neçə yanğınsöndürən maşın işləyir.