Ərdogan Vaşinqtonda PKK-dan danışdı

Ərdogan Vaşinqtonda PKK-dan danışdı backend

“PKK-nın “İslam Dövləti” qrupu ilə vuruşmasından söhbət belə gedə bilməz”.

Qaziler.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan martın 31-də Vaşinqtondakı Brikinqs (Brookings) universitetində çıxış edərkən deyib.

O bu məlumatın tam yalan olduğunu deyib və yezidilərin üzləşdiyi ağır vəziyyətə görə məhz PKK-nı günahlandırıb.

Ərdogan martın 19-da İstanbulda 3 israilli turistin ölümü ilə nəticələnən partlayışdan da danışıb, buna görə İsrail hökumətinə başsağlığı verildiyini və yaralılara lazımı yardım göstərildiyini bildirib.

Ərdogan deyib ki, “İslam Dövləti” qrupunun törətdiyi bu partlayışda hədəftəkcə İsrailli turistlər olmayıb.

O bildirib ki, “İslam Dövləti” qrupu hazırda Türkiyənin müxtəlif yerlərində fəaliyyət göstərir.Amma Türkiyə hökuməti bu qrupa qarşı mübarizəni davam etdirəcək, buna imkan verməyəcək.