Diyarbəkirdə partlayış törədilib: 7 polis həlak olub, 27 yaralı - YENİLƏNİB

Diyarbəkirdə partlayış törədilib: 7 polis həlak olub, 27 yaralı - YENİLƏNİB backend

Martın 31-də Türkiyənin Diyarbəkir vilayətində şəhərlərarası avtobus terminalının yaxınlığında partlayış törədilib.

Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.

Hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Bir qədər əvvəl Türkiyənin terror aktı nəticəsində altı polis əməkdaşının həlak olduğu, 23 nəfərin isə yaralandığı bildirilmişdi.

Qaziler.az bildirir ki, APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb.

Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.

***
20.12
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobilləri və təhlükəsizlik qüvvələri cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Partlayışın başvermə səbəbləri araşdırılır.
Diaspora