İranlı turistləri Ermənistanda hörmətsizliklə qarşıladılar

İranlı turistləri Ermənistanda hörmətsizliklə qarşıladılar backend

“Novruz bayramı ilə əlaqədar bu il Ermənistanı ziyarət etmiş iranlı turistlərin sayı ötən illə müqayisədə 20-30% çox olub”. Virtualaz.org Ermənistanın tert.am saytına istinadən xəbər verir ki. bunu “Tatev” turizm agentliyinin direktoru Arlen Davudyan deyib.


Onun sözlərinə görə, iranlı turistlərin Ermənistana axınının güclənməsi Türkiyədəki problemlərlə bağlıdır – həmin ölkə təhlükəsiz deyil və bu il iranlılar ora getmirlər: “Çoxlu sayda iranlı Türkiyəyə gedirdi. Hazırda isə buna alternativ istiqamətlər Ermənistan, Azərbaycan və Gürcüstandır”.

Arlen Davudyan deyib ki, ermənilər birməınalı şəkildə iranlılara yaxşı yanaşmırlar. “Yerli əhalinin problemi odur ki. onların iranlı turistlərlə necə davranmaq lazım olduğundan anlayışları yoxdur. Belə təəssürat yaranır ki, xalq özgə etiqada, dinə uyğunlaşa bilmirlər. İranlılar hörmətsiz münasibətdən çox şikayətlənirlər. Bu il iranlıların sayı daha çox olduğundan, belə şikayətlərlə tez-tez rastlaşırıq”, - turizm agentliyinin direktoru belə deyib.