Avstraliya Ukraynaya atom elektrik stansiyasının tələbatları üçün uran tədarük edəcək.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq sazişin yaxın günlərdə Vaşinqtonda Avstraliya XİN rəhbəri Culi Bişop və Ukrayna prezidenti Pyotr Poroşenko arasında imzalanması gözlənilir. Sazişin martın 31-dən aprelin 1-dək keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində imzalanacağı gözlənilir.Avstraliya Ukraynaya uran satacaq

