Gürcü musiqiçi 25 saat fortepiano çaldı - Rekord

Gürcü musiqiçi 25 saat fortepiano çaldı - Rekord backend

Tbilisi sakini, 29 yaşlı Tamar Babilua dayanmadan 25 saat ərzində fortepiano çalaraq musiqili alətlərdə fasiləsiz ifa üzrə milli rekorda imza atıb.

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, T.Babilua ifasına martın 28-i saat 12:00-da başlayıb və fasiləsiz marafonu martın 29-u saat 13:00-da dayandırıb.

Bundan öncəki Gürcüstan rekordu 21 saat 10 dəqiqə olub.

Qeyd edək ki, fortepianoda fasiləsiz ifa üzrə dünya rekordu 127 saat 8 dəqiqədir. T.Babilua deyir ki, həkimlər ona belə uzun müddət ifa etməyə icazə vermədilər, bu səbəbdən də milli rekordu yeniləməyə qərar verib.