İsrail qırıcıları qaçırılan təyyarəni vurmaq əmri alıblar - SƏBƏB

İsrail qırıcıları qaçırılan təyyarəni vurmaq əmri alıblar - SƏBƏB backend

İsrail qırıcıları Misirdə qaçırılan təyyarəni vurmaq əmri alıblar. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, içərisində 81 sərnişinin olduğu təyyarə İsrail hava sərhədlərinə daxil olsa məhv ediləcəkmiş.

Bu arada Cənubi Kiprin Larnaka şəhərinə enən təyyarəni qaçıran şəxsin kimliyi məlum olub. Bu, Misir vətəndaşı İbrahim Səmahadır. O, tələbinin siyasi sığınacaq almaq olduğunu bildirib.