BƏƏ-də dəhşətli yanğın: iki yaşayış binası yanır

BƏƏ-də dəhşətli yanğın: iki yaşayış binası yanır backend

Birləşmiş Ərəb Əmirliklərində, Əcman və Şərca əmirlikləri sərhədində yaşayış kompleksi yanır. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda alov 12 binadan 2-sini əhatə edib, yanğının ətrafa yayılma təhlükəsi var.


Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, sakinlər evakuasiya olunur. Hadisənin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.