İŞİD terror təşkilatı növbəti dəfə Avropa ölkələrini hədələyib.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, Hollandiyadan olan Hişam Şaib adlı terrorçu videomüraciətində Belçikada törədilmiş qanlı hadisələrə diqqət çəkərək, hücumların davamlı olacağını bildirib."Avropa Paris hücumlarından dərs almadı. Buna görə də Brüsseldə yeni hücumlar təşkil etdik. Bunun ardı gələcək".
Terrorçu başda Belçika olmaqla, İŞİD-ə qarşı hərbi əməliyyatlara dəstək verən bütün ölkələrin hədəf alınacağını bildirib.
Xatırladaq ki, Brüssel hadisələrindən sonra terrorçular daha bir videomüraciət yayımlayıb. Həmin müraciətdə silahlılar Almaniyanı qan gölünə çevirəcəkləri ilə hədələyib.