NATO qırıcıları Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi üçün qorxulu anlar yaşadıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hadisə nazir Baltik dənizi üzərindən Kalininqrada uçarkən yaşanıb. Uçuş zamanı Şoyqunu Su-27 qırıcıları müşaiyət edib. Onun təyyarələrinin 2 kilometrliyində isə NATO-nun “Avrofayter” qırıcıları uçublar.
Qırıcılar nazirin təyyarəsinə yaxınlaşmayıblar. Şoyqu hazırda öz uçuşunu başa vuraraq, Kalininqrad hava limanına eniş edib.
Qeyd edək ki, Kalininqrad Rusiyanın Avropadakı anklavıdır. Bu ərazinin Rusiya ilə quru sərhədi yoxdur.