İsrail Türkiyədəki vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırıb. Axar.az xəbər verir ki, İsrail ölkə vətəndaşlarına Türkiyəyə getməmək barədə də çağırış edib. Bu xəbərdarlıq İstanbulun İstiqlal küçəsində törədilən terrordan 9 gün sonra yayımlanıb.
Məlumatda İŞİD-in Türkiyənin turist mərkəzlərinə hücum edə biləcəyi vurğulanır.
Qeyd edək ki, martın 13-də Ankarada, 6 gün sonra isə İstanbulda terror aktı törədilib.