Türkiyənin Qaziantep vilayətində terror aktı hazırlayan 6 İŞİD üzvü yaxalanıb. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Qaziantep Terrorla Mübarizə Şöbəsi xüsusi hazırlanmış terrorçuların burada partlayış törədəcəyi ilə bağlı məlumat əldə edib. Dərhal hərəkətə keçən polis Suriya vətəndaşı olan 4 İŞİD üzvünü tutub.
Tutulan şəxslərdən birinin Ankarada törədilmiş dəhşətli terror aktını həyata keçirən şəxslərlə əlaqəsinin olduğu üzə çıxıb. Araşdırmaları davam etdirən polis daha iki İŞİD üzvünün də izinə düşərək onları yaxalayıb.
Artıq partlayıcı doldurulmuş avtomobillə dəhşətli terakt törətməyə hazırlaşan şəxslərin hamısı məhkəmə qarşısına çıxarılaraq həbs edilib.