U-2 kəşfiyyat təyyarəsini Rusiyaya qarşı Avropaya qaytarmaq lazımdır. QAZİLER.AZ “İndependent”ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav söyləyib. Bridlav U-2 təyyarələrinin Moskvanın təhdidlərinə təsirli cavab olacağını bildirib.
Qeyd edək ki, Soyuq müharibə dövründə U-2 casus təyyarələri ABŞ tərəfindən Rusiyaya qarşı Avropada müntəzəm olaraq istifadə edilib.