Rusiya əhalisi sürətlə yoxsullaşır. Axar.az xəbər verir ki, İsveçrənin "Nandelçaytunq" qəzeti Rusiyada işsizliyin günü-gündən artdığını vurğulayıb. Nəşr qeyd edir ki, ağır iqtisadi böhran səbəbindən 19 milyon Rusiya vətəndaşı yoxsulluq həddinə çatıb.
İki il əvvəllə müqayisədə əhalinin yoxsullaşmasında 3,1 milyon artım qeydə alınıb. Bu statistika son 9 ildə ən yüksək göstəricidir.Son məlumata görə, Rusiyada yaşayış minimumu 123 avro təşkil edib. Bu il ərzində daha 4,5 milyon Rusiya vətəndaşı işsiz qalıb.