Türkiyədə qadınlar da hərbi xidmətə çağırıla bilər.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, məcbur hərbi xidmət sistemi üzərində işləyən Milli Müdafiə Nazirliyi bu barədə açıqlama verib. Bildirilib ki, qadınların məcburi qaydada deyil, könüllü şəkildə hərbi xidmət keçməsi düşünülür. Hərbi xidmət müddəti kişilərə nisbətən daha qısa olacaq. Qadınlara yalnız təməl hərbi biliklər öyrədiləcək.Qeyd edək ki, Norveç və İsraildə qadınların hərbi xidmət keçməsi məcburidir. Avstriya, Danimarka, Estoniya, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar istəsə könüllü olaraq hərbi xidmət keçə bilər.