Martın 26-da İraqda İslam Dövləti yaraqlılarının atdığı raket nəticəsində türk əsgər həlak olub.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu hücumdan əvvəl Türkiyənin hava qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmuşdu.Daha bir türk əsgəri isə yaralanıb.
Martın 26-da yayılan məlumatda deyilir ki, koalisiya "İslam Dövləti"nin dörd mövqeyinə hava zərbələri endiriblər.
Türkiyə İraqda "İslam Dövləti" ilə döyüşən kürdlərə təlim-məşq keçən hərbçilərinin sayı barədə məlumat vermir.