ABŞ-ın Vaşinqton və Alyaska ştatlarında keçirilən ilkin seçkilər zamanı senator Berni Sanders Demokratlar partiyasının digər namizədi, sabiq dövlət katibi Hillari Klintona qalib gəlib.
Qaziler.az Qazeta.ru-a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən seçkilər zamanı Sanders səslərin 72, H. Klinton 28 faizini qazanıb.Alyaskada keçirilən səsvermə zamanı Sanders səslərin 82 faizini, H. Klinton isə 18 faizini qazanıb.
ABŞ-ın digər ştatı olan Havayda isə səslərin sayılması prosesi davam edir.