Türkiyənin ən böyük aeroportu olan Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qaziler.az-ın məlumatına görə, Trend Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, aeroportun nəzarət nöqtələrindəki x-pay cihazlarının siqnal gücü artırılıb.Giriş qapılarında sərnişinlərin üstü detektorla deyil, əllə yoxlanılır. Hava limanının metro girişində isə sərnişinlərin şəxsiyyətinin araşdırılması təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.