Putin ata oldu?

Putin ata oldu? backend

Rusiya Dövlət Dumasının keçmiş deputatlarından olan, bədii gimnastika üzrə çempion Alina Kabayevanın övladı olub. ANS PRESS-in məlumatına görə, bu iddianı İsveçin "Blick" qəzeti yazıb.

Qəzet Rusiya prezidenti Vladimir Putinin görünməməsinin daha bir səbəbini müəyyən edə bilib. Jurnalistlərin fikrincə Kremlin rəhbərinin uzun müddətdir görünməməsinə səbəb ata olması ola bilər.

A.Kabayeva İsveçrənin Tessin kantonundakı doğum evlərindən birində uşaq dünyaya gətirib. Keçmiş idmançı və deputat bir neçə gün öncə Müqəddəs Anna xəstəxanasında qeydiyyatdan keçib. O, məhz burada övlad dünyaya gətirə bilərdi.

"Blick" yazır ki, Kabayevanın övladının dünyaya gəlməsi sirr olaraq qala bilər. Bir çox varlı ruslar tibbi müayinəsi üçün bura müraciət edir. Bu xəstəxananın nüfuzu çox yaxşıdır.
Guya onun üçün bu xəstəxanada iki otaq bron edilib. Onlardan biri mühafizə xidməti üçündür.

Qəzetin iddiasına görə, yeni doğulan körpənin atası Putin ola bilər.

RSI radiostansiyasının məlumatına görə, Putinə bu xəstəxananı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni məsləhət görə bilərdi. Onun qızı da 2009-cu iləd bu xəstəxanada ana olub.

Xatırladaq ki, 31 yaşlı Kabayeva iki uşaq anasıdır. Putinlə sevgi münasibətinin olduğu iddia edilən idmançının oğlu 2008, qızı isə 2012-ci ildə anadan olub. Körpələrin hər ikisi ABŞ-da doğulub. Uşaqların atası haqqında rəsmi məlumat olmasa da, onların Rusiya prezidentindən olduğu deyilir.
Diaspora