ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın əməliyyatı zamanı Suriyada İŞİD ("İslam dövləti") terror qruplaşmasının əhəmiyyətinə görə ikinci başçısı öldürülüb.
Qaziler.az bildirir ki, Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, öldürülən şəxsin adı Əbdel Rəhman əl-Kadulidir.Gözlənilir ki, ABŞ-ın müdafiə naziri Eşton Karter bu barədə cümə günü rəsmən elan edəcək.