ABŞ-ın Ratger universitetinin alimləri maraqlı araşdırma aparıblar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onlar əsl kişi kimi yetişən insanların ömürlərinin qısa olma səbəbini müəyyən edə biliblır.Araşdırmada 250 kişi iştirak edib. Onlar mərd kişi xarakteri ilə bağlı öz fikirlərini bölüşüb, sonra isə il ərzində həkimə nə qədər müraciət etdiklərindən danışıblar. Nəticədə məlum olub ki, kişilik haqqında ənənəvi düşüncəyə malik, özlərini müstəqil sayan güclü cinsin nümayəndələri müayinəyə az gedir və qadın həkimdən qaçırlar.
Bundan başqa, onlar öz sağlamlıq durumları haqda həkimə düzünü söyləmirlər.
Alimlərin fikrincə, belə kişilər sağlamlıqlarındakı problemlərlərini həkimə danışmaqdan utanırlar.
Bundan əlavə, onlar zəif görünmək və başqa birindən, o, hətta həkim olsa belə, asılı olmaq istəmirlər. Araşdırma müəllifləri belə düşünür.