Brüsseldə törədilmiş terror aktları və yeni terror aktı ehtimalı ilə bağlı polisin Avropa üzrə silsilə anti-terror əməliyyatları çərçivəsində Belçikada 6 nəfər, Parisdə isə 1 nəfər saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.Polisin Brüsselin Sxarbek və Jet məhəllələrinə basqını zamanı Brüsseldə hava limanı və metrodakı terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 6 nəfər tutulub.
Bundan başqa, anti-terror əməliyyatı zamanı Parisin şimalında yeləşən Arjantyey ərazisində terror hücumu törətməyi planlaşdıran bir nəfər də saxlanılıb.