Mosulun azad olunması əməliyyatı başlandı

Mosulun azad olunması əməliyyatı başlandı backend

İraqın Müdafiə Nazirliyi Mosulu İŞİD terror təşkilatından azad etmək üçün əməliyyata başladığını bəyan edib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinə bağlı media qurumlarının verdiyi açıqlamada bildirilir ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün keçirilən əməliyyatın 1-ci mərhələsi “Fəth” adlanır. Açıqlamada bildirilir ki, artıq Mosulun yaxınlığındakı bəzi kəndlər azad edilərək, ora İraq dövlətinin bayrağı asılıb.