QAZİLER.AZ saytı “Eurasia Diary” portalının Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) sədri Morten Kyarum ilə eksklüziv müsahibəsini təqdim edir. Müsahibə zamanı şura sədri “ECRE”nin fəaliyyəti konteksində Avropadakı miqrant böhranını təhlil edib.
-Avropanın üzləşdiyi qaçqın böhranını necə xarakterizə edirsiniz?Morten Kyarum: Avropaya üz tutan qaçqınların sayında son 12 ay ərzində artım qeyd olunub, onların sayı əvvəllə müqayisədə xeyli çoxdur. Avropaya üz tutan qaçqınların artan siyahısına paralel olaraq, təəssüf ki, problemin həllində yeni məhudiyyətlər və çətinliklərlə qarşılaşırıq. Qaçqınların mütləq sayı ehtimalları doğruldur, lakin Avropa bunun öhdəsindən tez bir zamanda gələ bilməyəcək.
Bəli, mövcud miqrant böhranın əsas səbəbi həm də, Avropa İttifaqına üzv ölkələrin vahid mövqedən çıxış etməməsi və yetərsiz əməkdaşlığıdır. Aİ ölkələri sırf miqrant probleminin müzakirəsindən öncə, Suriya, İraq, Əfqanıstan və Somalidə mövcud faciəvi vəziyyətdən çıxış yollarını axtarmaq məsələsinin həlli ətrafında birləşməli idilər. Bu həmin insanlara sığınacaq verməkdənsə, öz yurdlarında yaşamasına imkan verərdi. Bunun ardınca görüləcək növbəti addım insanların sığınacaqla təmin olunması, yerləşdirilməsidir. Bu isə uzun müddət göstərilən qarşılıqlı əməkdaşlıq tələb edən işdir.
-Necə hesab edirsiz, Avropa mətbuatında “qaçqın” ifadəsinin əvəzinə “migrant” ifadəsinə yer verilməsinin Avropa xalqının gözündə qaçqınlara qarşı mənfi obrazın formalaşmasında rolu var?
Morten Kyarum: Birincisi, biz işlətdiyimiz hər bir ritorik ifadəyə ehtiyatla yanaşmalıyıq. Böhran zamanı sığınacaq istəyən insanların kateqoriyalara bölünməsində maraqlı olan tərəflərin döyüşmək mövqeləriylə tanış olduq: qaçqınlar, sığınacaq axtaran şəxslər, miqrantlar və s. Mətbuata nəzər saldıqda, Avropa siyasətçiləri və ekspertlərinin hansı sort istifadələrdən istifadə etdiyini görürük.
Haqlısınız, müşahidələr zamanı müdafiəyə ehtiyacı olan bu insanların kateqoriyalara bölməyin “trend” halına çevrildiyini görürük. Bu səbəbdən, hər bir məsələyə fərdi diqqətlə yanaşılmalıdır. Heç vaxt problemin həllinə malik hüquqlarımızdan istifadədən çəkinməməliyik. Sözsüz ki, heç bir qorunmağa ehtiyacı olmayan naməlum səbəblərdən Avropaya üz tutan insanlar da var. Yəni, həmin insanlar kifayət qədər keçərli səbəblərdən öz ölkələrini tərk edə bilərlərlər, amma, bu qaçqın anlayışına daxil olan və beynəlxalq hüquqi yanaşma tələb edən məsələlərə aid deyil.
Hüquqi anlayışlardan danışan zaman qeyd edim ki, insanlar daha yaxşı iqtisadi və ya digər imkanlardan yararlanmaq üçün, öz ölkəsini tərk etmək hüququna malikdirlər. Bu həm də - “Siz daha yaxşı imkanlardan yararlanmaq üçün bizim ölkəyə üz tutursunuz, təəssüf ki, biz sizi sığınacaqlara yerləşdirə bilmərik. Biz siz və ya sizing kimi qaçqınların qarşısında öhdəlik daşımırıq. Bu səbəbdən, sizi geri qaytaracağıq” deyən ölkələrə də şamildir. Burada, konkret şərtlər daxilində - humanitar əsaslarla hüquqi yardıma ehtiyac duymayan insanları nəzərdə tuturuq. Yəni, beynəlxalq hüquqa əsasən, siz istədiyiniz yerə üz tutub yerləşə bilməzsiniz.
-Aİ-nin Suriyadan gələn qaçqınların Avropa sərhədlərinə keçməsində tranzit rolunu oynayan və ittifaqa üzv olmayan Türkiyə, Makedoniya kimi ölkələrlə əməkdaşlığını necə qiymətləndirirsiz?
Morten Kyarum: Hesab edirəm ki, biz geriyə baxmalıyıq. Buradakı ali məqsəd nədir? Əsas məqsəd, insanların həyatını xilas etməkdir. Bu səbəbdən, qaçqın məsələsində qonşu ölkələrin də təhlükəsizliyinin təmin olunmasına diqqətlə yanaşılmalıdır. Bu, Suriyayla həmsərhəd olan İordaniya, Livan, Türkiyə də ola bilər. Qaçqınların qəbulu zamanı əməkdaşlıq və yardım olmalıdır. Qurğuları, bu ölkələrə yardım yerdə olardı. Bu, əlbəttə ki, bir neçə il beynəlxalq ictimaiyyət mümkün olmayıb. Əlbəttə ki, bir neçə il beynəlxlaq cəmiyyət bunu bacarmadı. BMT-nin sığınacaqlara dair proqramı(UNHCS), Ümumdünya Ərzaq Proqramı (WFP) və digər humanitar proqramlar çox aşağı büdcə ilə işlədikləri üçün, həmin ölkələrdə vəziyyət acınacaqlı oldu.
Bu ölkələrə maddi yardım göstərməkdən əlavə, həmin insanların ölkərədən qanuni yolla çıxarılmasını təmin etmək lazımdır. Çünki, heç bir ölkə qanunsuz yolla tranzit ölkələri tərk edən insanları qəbul etmək istəməyəcək.
Nəticə etibarilə, bütün əməkdaşlıqlar və görülən işlər ali məqsədə xidmət edirsə və qonşu ölkələrdə qənaətbəxş hesab edilməyən təhlükəsizliyin təmininə istiqamətlənibsə, ayrı-ayrı strukturların fəaliyyəti eyni yoldadır. Şübhə yox ki, insanların Avropaya köçü o qədər güclü olacaq ki, sırf “ECRE” və digər təşkilatlar yaxın aylarda bu istiqamətdə fəaliyyətini sürdürməli olacaq.
-Avropaya inteqrasiya və insanların azad yerləşmə hüququ konteksində, inslamafobiyanın daha geniş vüsət almasını- Avropada artan radikallığın ritorikasını necə şərh edərdiniz?
Morten Kyrum: Sualı cavablandırmazdan öncə, size medalyonun digər üzünə baxmağı tövsiyyə edərdim. Yəni, biz sığınacaq istəyən insanlara xoş məram göstərib, onların yerləşdirilməsində kömək edən avropalıları da – Yunanıstan, Finlandiya və Almaniyada gördük. Bu baxımdan qeyd edərdim ki, Avropanın humanizmi qalmaqdadır və bunu müşahidə etmək mənim üçün xoş oldu. Mətbuatda dərc olunan islamafobiya konteksində radikalizm kimi təşviqlərindən daha çox humanizmi müşahidə elədim. Əlbəttə ki, Avropada xristian mədəniyyətinin hökm sürdüyü ölkələrdə müsəlman qaçqınlara sığınacaqların verilməsinin əleyhinə olan hökümətlər də var ki, bu azlıqların qorunmasını və açıq cəmiyyətlərə əsaslanan Aİ dəyərlərinə tamamilə əksdir.
-“ECRE” yaranmış böhrandan əziyyət çəkən insanların acınacaqlı vəziyyətdən xilası üçün hansı işləri görür?
Morten Kyarum: “ECRE” vətəndaş cəmiyyəti və QHT-lərlə əməkdaşlıqla yanaşı, həm də, “Qırmızı Xaç” kimi iri humanitar təşkilatlarla da birgə fəaliyyət göstərir. Ən önəmlisi isə, “ECRE” miqrant böhranına dair informasiya mübadiləsində, operativ məlumatların axınında mühüm rol oynayır. Çünki, üzv ölkələrimiz əksər hallarda sırf təbliğat baxımından problemlər yaşayırlar. Bundan əlavə təşkilat olaraq, Brüsseldəki siyasi qurumların fəaliyyətini nəzərdən keçirərək təhlil edirik. Çünki, Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki fəaliyyətin həm də, miqrant böhranına birbaşa aidiyyəti var. Sözsüz ki, vətəndaş cəmiyyətinin də verdiyi tövhələr diqqətdə saxladığımız məqsədlərdəndir.
-“Eurasia Diary” platforması vasitəsilə oxuculara qaçqın böhranı məsələsində öz tövhələrini vermələri üçün hansı yolları təklif edərdiniz?
Morten Kyarum: Düşünürəm ki, miqrant böhranı məsələsində vətəndaş cəmiyyətinin iştirakı labüddür. Bu fəaliyyət elə bir səviyyədə olmalıdır ki, insanalrın problemə müdaxiləsinin yeni imkanlar yaratdığına şahid olmalıyıq. Yəni, Avropa, miqrant böhranının həllində strukturlaşdırılmış vətəndaş cəmiyyətinin iştirakına ehtiyac duyur. Qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyəti təşkilatlanmalı, “Qırmızı Xaç” və ya digər beynəlxlaq təşkilatlarla əməkdaşlıq etməlidir. Əlbəttə ki, problemin həllinə möhranın qaynaqlandığı və çıxış nöqtəsi ola biləcək insanların özləri cəlb olunmalıdır. Yəni, lokal hədəf müəyyənləşdirilməlidir !
Morten Kyarum 2015-ci ildə İsveçin Raul Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq üzrə İnstitutunun direktoru vəzifəsində çalışıb. 2008-2015-ci illər ərzində isə, Avropa İttifaqının Fundamental Hüquqlar üzrə Agentliyin (FRA) Vyanadakı ilk direktoru olub. Hazırda Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) sədri vəzifəsini icra edir.