Tunisin eks-prezidenti Zeynalabdin ben Əliyə hökm oxunub. Axar.az Röyter-ə istinadən xəbər verir ki, eks-prezident 10 il azadlıqdan məhrum edilib.
Buna səbəb onun hakimiyyətdən sui-istifadə etməsidir.
Xatırladaq ki, Zeynalabdin ben Əli daha öncə də 2011-ci ildə oxşar ittihamla mühakimə olunmuş və ölkədən qaçmışdı.