Özbəkistan Qırğızıstan sərhədinə ordu yeritdi

Özbəkistan Qırğızıstan sərhədinə ordu yeritdi backend

Özbəkistan birtərəfli qaydada Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabineti yayıb. Özbəkistan həmçinin artıq Ala-Buka rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli transportyor yerləşdirib. Qırğızıstan isə bunun qarşılığında Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini qapadıb.


Qeyd edək ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər onlarla mübahisəli qalan ərazi var. Bu isə tərəflər arasında tez-tez silahlı insidentə səbəb olur. Xüsusilə, 2013-cü ilin yayında Aksıyk rayonunun Jetizaqara yaşayış məntəqəsində baş verən silahlı insident zamanı bir özbək sərhədçisi həlak olub.