Qəzaya düşən təyyarənin sahibi kimdir?

Qəzaya düşən təyyarənin sahibi kimdir? backend

Bu gün Rostov Donda partlayan sərnişin təyyarəsi “Flay Dubay” şirkətinə məxsus olub. Axar.az dünyada kifayət qədər məşhur olan bu şirkətlə bağlı apardığı kiçik araşdırmasını təqdim edir. “Flay Dubay” şirkəti 2008-ci ildə yaradılıb. Şirkətin yaradıcılarından biri “Əmireyts” aviaşirkətinin İdarə Heyətinin sədri Əhməd bin Səid əl-Məktumdur. Aviaşirkət yaranan il “Boinq” şirkətinə 50 sərnişin təyyarəsi sifariş verib. Təyyarələr 2009-cu ildə “Flay Dubay”a təhvil verilib. Bundan sonra şirkət ilk uçuşunu Livanın paytaxtı Beyruta, ardınca isə İordaniyanın paytaxtı Əmmana həyata keçirib.

Azərbaycana isə uçuşlar 2009-cu ilin 20 noyabrından başlayıb. Ümumiyyətlə, “Flay Dubay” Mərkəzi Asiya və Rusiyanın demək olar ki, bütün əsas şəhərlərinə uçuş həyata keçirir.

Hazırda şirkətin aviaparkında 50 təyyarə var. “Flay Dubay” bunların sayını 100-ə çatdırmaq istəyir. Hətta bunun üçün 2013-cü ildə “Boinq” şirkəti ilə yeni müqavilə də imzalanıb. “Flay Dubay” həmçinin dünyanın ən etibarlı aviaşirkətlərindən də hesab olunur.

Maraqlı məqam orasındadır ki, “Flay Dubay” Dubay hökumətinə məxsusdur. Əhməd bin Səid əl- Məktum Dubay şahzadəsidir. O, Dubayın hazırkı hakimi Məhəmməd Bin Rəşid Məktumun əmisidir.