Suriyadan rus qoşunlarının çıxarılması ilə bağlı verilən açıqlama Rusiyanın bura ordu yeridən zaman göstərdiyi məqsədlərlə ziddiyyət təşkil edir. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, Suriyadakı əməliyyatların əsas məqsədi İŞİD-in Rusiyaya keçməsinin qarşısını almaq üçün onu ölkədən kənarda zərərsizləşdirməkdən ibarət idi:
“Rusiyanın buradakı uçuşları İŞİD-ə qarşı olmadı. Onlar Suriyada müxalifəti məhv etməyə başladılar. Suriyada yalnız İŞİD-i vurmaq və Əsəd qüvvələrini saxlamaq məqsədi də yerinə yetirilmədi. Aydın oldu ki, bunun üçün resurslar kifayət etmir. Moskva anladı ki, bundan sonra Suriyada Hələb və digər şəhərlərin geri alınması üçün daha böyük qüvvəyə ehtiyac var”.



