Türkiyənin kəşfiyyat orqanları Marksist-leninist Kommunist Partiyası (MLKP - red.) ilə PKK-nın yeni terror planını deşifrə edib. Axar.az xəbər verir ki, MLKP üzvləri Həvva Çustan, Əli Heydar Kələş və Əmrah Ərdoğanın, PKK-dan isə Taner Yaşılbaş, Məhməd Ərbəy və “Avinar” kod adlı Aysel Özlünün əməliyyatlarda ölən terrorçuların intiqamını almaq üçün kamikadze hücumu törətməyi planlaşdırıblar.
Digər tərəfdən PKK-nın 13 terrorçuya İraq pasportu hazırladığı və onlardan yeddisinin Türkiyəyə keçdiyi bəlli olub. 6 terrorçunun isə 28-29 martda Türkiyəyə gedəcəyi üzə çıxıb.Bundan əlavə, PKK-nın təyyarə qaçıracağı və ABŞ-da törədilmiş 11 Sentyabr hücumunun oxşarını təşkil edəcəyi iddia olunub. Artıq terrorçuların Van-İstanbul reysi ilə uçan təyyarəni qaçırmaq istədikləri kəşfiyyat orqanları tərəfindən üzə çıxarılıb və başda Van olmaqla, bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.