Türkiyəyə növbəti həmlə

Türkiyəyə növbəti həmlə backend

Rusiya Yaxın Şərq planlarını Suriyadan sonra Şimali İraqa köçürüb və bu bölgədə neft-qaz axtarmaq niyyətindədir. Axar.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın bu planı Şimali İraq Kürd Regional Rəhbərliyinin Moskvadakı nümayəndəsi Aso Talabaninin “bölgə rus şirkətlərini cəlb etmək niyyətindədir” sözlərindən sonra üzə çıxıb. Enerji mütəxəssisləri isə Rusiyanın bu addımını istehsal xərclərinin az olması ilə əlaqələndirir.


Türkiyənin BOTAŞ şirkətinə yaxın mənbələr də Şimali İraqın investor axtardığını etiraf edib.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə Şimali İraqdan yarı qiymətinə qaz alacaq. Bundan əlavə, sözügedən bölgədə neft-qaz axtarışları da aparacaq.