Suriyalı kürdlərin federasiya elan etməsi yanlış addımdır. Bu kimi qərarlar birtərəfli qəbul edilə bilməz.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov söyləyib.“Bu barədə qərar yalnız görüşlərdən sonra qəbul edilə bilər. Rusiya Cenevrə görüşlərində kürdlərin də iştirak etməsini istəyir”, - Boqdanov bildirib.
Xatırladaq ki, dünən Suriyada PYD-nın başçılığı ilə toplantı keçirən kürd qruplaşmaları “Şimali Suriya Federasiyası”nı elan etmişdilər.