Ermənistan müxalifəti yenə ayağa qalxdı

Ermənistan müxalifəti yenə ayağa qalxdı backend

İrəvanın Azadlıq meydanında müxalif “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinin mitinqi keçirilir.

Qaziler.az bildirir ki, APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, mitinqdən sonra yürüş baş tutacaq.

Müxalifətçilər ölkədəki sosial-iqtisadi vəziyyət və insan haqlarının pozulmasına etiraz edirlər.

Yürüş iştirakçıları Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim edəcəklər.

Qeyd olunur ki, “Yeni Ermənistan”ın məqsədi hakimiyyətin dəyişdirilməsidir.