Mərhum rusiyalı müxalif lider Boris Nemtsovun sərvəti 1 milyard dollardır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Nemtsovun keçmiş sevgilisi Yekaterina Yeftodinin vəkili Aleksandr Karabanov söyləyib. Onun sözlərinə görə, Yeftodinin Nemtsovdan oğlu var və bu varidatın bir hissəsi ona verilməlidir.Qeyd edək ki, Yeftodidən əlavə Nemtsovun vətəndaş nikahından olan həyat yoldaşı İrina Korolyova, eləcə də keçmiş sevgililərindən biri olan Anna Lesnikova da bu varidatdan pay istəyirlər. Hər iki şəxs Nemtsovdan övladı olduğunu bildirib.
Xatırladaq ki, Boris Nemtsov keçən ilin fevralında Kreml yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.