ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada, əsasən də paytaxtda terror təhlükəsi barədə xəbərdarlıq edib.
Bu barədə diplomatik missiyanın mətbuat katibi Uilyam Stivens bildirib.Qaziler.az bildirir ki, AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, səfirliyin məlumatında Rusiyada terrorla bağlı riskin hələ də yüksək olması səbəbindən Amerika vətəndaşlarına diqqətli davranmaq tövsiyə edilir.
Sənəddə qeyd olunur ki, səhih mənbələrin məlumatına əsasən, terrorçular Avropada aktiv olaraq hücum planları hazırlayır. Bu hazırlıqlar, həmçinin Rusiyada, əsasən də Moskvadakı hədəfləri əhatə edir. Hədəflərin arasında restoranlar, turizm məkanları və nəqliyyat kimi ictimai yerlər ola bilər.
Xatırladaq ki, martın əvvəlində Dövlət Departamenti İŞİD qruplaşmasının Avropada terror hücumları planlaşdırdığını bildirib. Qurumun məlumatına görə, yaraqlılar iri idman tədbirləri, teatr, bazar, aviasiya xidmətləri, nəqliyyat və ictimai yerləri hədəf alıblar.



