Məşhur haker qrupu Trampa müharibə elan etdi

Məşhur haker qrupu Trampa müharibə elan etdi backend

“Anonymous” haker qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampa total müharibə elan edib. İKT.lent.az-ın “The Telegraph”a istinadən verdiyi məlumata görə, hakerlər videomüraciət yayaraq D. Tramp əleyhinə kampaniyaya başlayacaqlarını bildiriblər.


Kampaniyaya (#OpTrump) aprelin 1-də start veriləcək. Hakerlər Trampla bağlı saytlara “DDoS” hücumları təşkil edəcəklər. Bu saytların arasında “trumpchicago.com”, “trump.com”, “donaldjtrump.com”, “andtrumphotelcollection.com” saytları da var.

Qeyd edək ki, 2003-cü ildən bəri mövcud olan “Anonymous” qrupu bir çox siyasətçilərə, şirkətlərə haker hücumları təşkil etməklə tanınır. Qrup İŞİD və digər terror təşkilatlarına aid səhifələrin aşkarlanmasında sosial şəbəkələrə yardım edib.